Yuxarı

“Qaz borularını ARDNŞ kəsib mənimsəyir” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qaz borularını ARDNŞ kəsib mənimsəyir” - Foto

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları vətəndaşların qaz borularını kəsib aparır.

Axar.az xəbər verir ki, hadisə Ucar rayonu Həsən bəy Zərdabi küçəsində baş verib. Rayon sakinlərinin verdiyi məlumata görə, vaxtilə öz vəsaitləri hesabına aldıqları və hazırda işlədilməyən qaz boruları ARDNŞ-ın əməkdaşları tərəfindən sökülərək aparılıb. ARDNŞ əməkdaşları iddia edir ki, hazırda işlədilməyən qaz boruları dövlətin vəsaiti olduğu üçün onlara çatmalıdır.

Sakinlərin sözlərinə görə, artıq qaz boprularının bir hissəsi SOCAR əməkdaşları tərəfindən aparılıb. Onların narahat edən məsələ isə öz vəsaitləri hesabına alınan boruların niyə dövlətin adı ilə mənimsənilməsidir. Sakinlər narahatlıqları ilə bağlı dəfələrlə "Azəriqaz" ASC-nin Ucar rayon şöbəsinə müraciət etsələr də, məsələ ilə maraqlanan olmayıb.

Rayon sakinlərinin verdiyi məlumata görə, artıq bir neçə gündür "Azəriqaz" ASC Ucar nümayəndəliyinin əməkdaşlarını həmin əraziyə göndərərək, zorla vətəndaşların borularını sökdürür.

Məsələ ilə bağlı "Azəriqaz" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev Axar.az-a açıqlamasında qaz boru xətlərinin yenisi ilə əvəzedildiyini bildirdi:

"Qeyd etdiyiniz məsələ ilə maraqlandım. Vətəndaşların öz vəsaitləri hesabına aldıqları qaz boru xətlərinin kipliyi yoxlanılır, istismara qəbul edilir və texniki qulluq göstərilməsi üçün balansa götürülür. Yəni hansısa mənzilə qaz çəkiləcəksə, həmin qaz borularına texniki qulluq göstərilməsi üçün balansa qəbul olunur. Hazırda orada köhnə qaz boru xətlərini çıxararaq yenisi ilə əvəz edir, köhnələri isə texniki baxış üçün "Azəriqaz"ın balansına götürürlər. Burada heç bir oğurluqdan, istismardan söhbət gedə bilməz. Sakinlər nahaq yerə narahat olur. Sadəcə köhnə borular yeniləri ilə əvəz edilməsi üçün balansa götürülüb".

Tarix
2014.12.20 / 19:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla