Yuxarı

Fuad Abbasovdan sensasion - Səs yazısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov ictimaiyyətə audio-səs yollayıb. Həmin səs yazısında jurnalist həbsdə olmasının səbəbi və bunun arxasında dayanan qüvvələr barədə danışıb.

Musavat.com xəbər verir ki, F.Abbasov sözügedən səs yazısında günlərdir qanunsuz olaraq azadlıqdan məhrum olunduğunu deyərək detalları səsləndirib.

“Vacib deyil ki, bu günlər ərzində məni hansı xəyal qırıqlıqları, kədər müşayiət edir. Mən şikayət etmirəm və əsəbə, kədərə də məğlub olmuram. Mən 25 ildir ki, əsirlikdə olan Qarabağ əhalisindən, insanlarından heç nə ilə üstün deyiləm. Onların acınacaqlı, faciəli taleyi mənimki də ola bilərdi. Mən Allaha ona görə minnətdaram ki, bu günlər ərzində insanları daha çox tanıdım, nəinki azadlıqda olduğum müddətdə. Son baş verən hadisələrlə bağlı bütün diqqət Rusiyadakı Azərbaycan diasporunun üzərindədir. Bir çox diaspor nümayəndələri bu haqda özləri bildirdilər. Onları bu məsələdə qonşu ölkələrin iclmaları da dəstəkləyiblər. Guya Fuad Abbasov azadlıqdan məhrum olunub, deportasiya olunub. Ona görə ki, onu Azərbaycan diasporunun nümayəndələri şikayət ediblər. Əslindəsə bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mən indi satqınlardan danışmaq istəmirəm. Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar. Amma mən indi burdayamsa, bu, diaspor tərəfindən ittihamlara və diaspor daxilindəki problemlərə görə deyil. Əsas səbəb azərbaycanlıların Rusiyada hüquqlarının pozulmaslıdır. Əslində bu belədir. Mənimlə baş verənlərin əsas səbəbi Rusiyada yaşayan azərbaycanlıların problemlərinin səsləndirilməsidir. Xüsusən də federal kanallarda, ictimai rəyin formalaşdığı media məkanlarında çıxışlarımdır. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasındakı münasibətləri pozmağa cəhddir”.

F.Abbasov eyni zamanda bildirib ki, efirdəki hər tənqidi çıxışından sonra onunla hüquq-mühafizə orqanları maraqlanırdılar:

“Bu efirlər də diaspor ilə bağlı idi. Nəyə görə 15 mart 2019-cu ildəki, 15 may 2019-cu ildəki efirdən sonra hüquq-mühafizə orqanları mənimlə maraqlandı? Bu efirlər Azərbaycan diasporu ilə bağlı idi. Bunu diaspordaxili problem kimi qələmə vermək istəsələr də, bu, onunla bağlı deyil. Mənim saxlanmağımın əsas səbəbini jurnalist Maksim Şevçenko səsləndirib. Ona cəsarətinə görə təşəkkür edirəm. Burda məqsəd Rusiyadakı azərbaycanlının, eyni zamanda Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir. Kiməsə bu çox da xoş gəlmir. Kimsə istəyir ki, sözün hərfi mənasında azərbaycanlıların və türk qardaşların səsini Rusiya efirindən, internet məkanlarından silsinlər. Bu, müxtəlif ölkələrin illərlə davam edən planlarına ziddir. Ona görə də onlar yalan xəbərlə sifarişli addımlar atırlar. Sifarişçi və icraçılar bununla dayanmayacaqlar. Onlar müxtəlif ittihamlar uyduracaqlar ki, mənim səsimi azadlıqdan məhrum etdikləri divarlar arasında kəssinlər. Amma son günlər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edənlər də var. İndi mən sifarişçi və icraçılar, eləcə də bundan istifadə edənlər barədə danışmaq istəmirəm. Bəlkə də bəzi analitiklər bu haqda artıq yazıblar. Amma mənim bu dörd divar arasında olmağım Rusiyada Azərbaycan və Türkiyənin səsini çatdırmağımla və ictimai fəaliyyətimlə bağlıdır. Düşünmürəm ki, yaxın zamanda kimsə mənim bu təcrübəmi təkrarlamaq istəsin. Çünki bu, göz qorxutmağa hesablanıb. Məqsəd odur ki, heç kim Fuad Abbasov kimi hərəkət etməsin. Bəlkə də onlar öz məqsədlərinə nail olacaqlar. Ya da mənim yolumu davam edəcək soydaşlarımız tapılacaq. Amma nə olursa olsun, mən demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Özünüzü heç nə ilə məhdudlaşdırmayın. Əgər sizin deməyə nəsə sözünüz varsa! Öz hüquqlarınızı müdafiə etmək və Rusiyada öz sözünüzü demək istəyirsizsə, bunu edin. Qorxudulma aktlarına, opponentlərinizə rəğmən, bunu edin. Ümid edirəm ki, yaxın zamanlarda azadlığa çıxa biləcəm, sizinlə normal ünsiyyət quracam. Mən azadlıqdan məhrum olmuşam indi. Bəlkə də gələcəkdə bunu deməyə imkanım olmayacaq”.

F.Abbasov sonda onu müdafiə edən hər kəsə, xüsusilə də Rusiyadakı Azərbaycan səfirliyinə təşəkkür edib:

“Ümid edirəm ki, Rusiya hüquq-mühafizə orqanları bütün hallarda həqiqətin yanında olacaq və indiki situasiyada ən düzgün qərarı verəcək”.

Tarix
2019.06.18 / 12:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla