Yuxarı

30 il sonra ermənilərdən 5 dəfə çox olacağıq - Hesabat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 il sonra ermənilərdən 5 dəfə çox olacağıq - Hesabat

BMT dünya əhalisinin artım tendensiyası ilə bağlı yeni hesabat yayımlayıb.

Axar.az xəbər verir ki, hesabatda Qərbi və Şərqi Avropanın yaxın 30 ildə həyat davamlılığının artması və doğum səviyyəsinin azalması ucbatından əhalinin yaşlanması problemləri ilə üz-üzə qalacağı vurğulanıb. Hesabata əsasən, 2050-ci ilə qədər əhalinin ümumi sayı 7,7 milyarddan 9,7 milyard nəfərə çatacaq, 2100-cu ildə bu rəqəm 11 milyard olacaq. Əhali sayına görə ilk pilləyə Hindistan yüksələcək. Yaxın onilliklərdə ən çox əhali artımı Nigeriya, Pakistan, Konqo, Efiopiya, İndoneziya, Misir və ABŞ-da olacaq.

Cənubi Qafqaz ölkələrinə gəlincə isə o zaman burada artım fərqli yönlərdə olacaq. 2100-cü ilə qədər Ermənistanda əhali sayı 913 min nəfər azalaraq, 2,39 milyon nəfərə düşəcək. 2050-ci ilə qədər bu azalma 136 min nəfər olacaq.

Gürcüstanda əhali sayı 2050-ci ilə qədər 4 milyondan 3,5 milyona, 2100-cü ilə qədər 2,5 milyon nəfərə qədər azalacaq.

Azərbaycanda isə bu ölkələrdən daha fərqli mənzərə yaranacaq. Belə ki, 2050-ci ilə qədər əhali artaraq 11 milyon nəfərə çatacaq, 2100-cü ilə qədər isə bu göstərici 9,1 milyon nəfərə qədər azalacaq.

Qonşularımız olan Türkiyədə əhali 2050-ci ilə qədər 97,1 milyon (2100-cü il 86,1 milyon), İranda 103 milyon (2100-cü il 98,5 milyon) nəfərə çatacaq. Rusiyada isə əhali 145,9 milyondan 124,6 milyona qədər azalacaq.

2100-də Rusiya əhalisi 83,7 milyon olacaq.

Tarix
2019.06.18 / 17:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla