Yuxarı

Ölmüş heyvan cəmdəyi satışa çıxarılarkən yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölmüş heyvan cəmdəyi satışa çıxarılarkən yaxalandı

Ağcabədi rayonunda satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan bir baş istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Axar.az-a verilən məlumata görə, agentliyin və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Aşağı Avşar kəndi ərazisində axşam saatlarında İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsində onun avtomobilinin yük yerinə baxış keçiriblər.

Bu zaman avtomobilin yük yerindən istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Tarix
2019.06.20 / 11:11
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla