Yuxarı

Türkiyəli tanınmışlar Paşayeva ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli tanınmışlar Paşayeva ilə görüşdü – Foto

Ölkəmizdə səfərdə olan Qlobal Jurnalistlər Təşkilatının (Küresel Gazeteciler Konseyi) rəhbəri Məhməd Əli Dim, Türkiyənin tanınmış şair, yazar və aydınları millət vəkili Qənirə Paşayeva ilə görüşüblər.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə ortaq problemlərimizin toplumların, gənc nəsillərin və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və türk dünyasının şair, yazar, ziyalıları arasında əməkdaşlığın güclənməsinin vacib olduğunu deyib.

Deputat türk dünyasının ən böyük problemlərindən olan Qarabağ münaqişəsindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

Qlobal Jurnalistlər Təşkilatının rəhbəri Məhməd Əli Dim Qənirə Paşayeva ilə Azərbaycan-Türkiyə qardaşlığı, Qarabağ həqiqətləri, həmçinin KİV arasında əməkdaşlığın daha da artırılması ilə bağlı fikir mübadiləsi aparıb.

Tarix
2019.06.21 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla