Yuxarı

Penitensiar xidmət yanğın barədə məlumat yayıb - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Penitensiar xidmət yanğın barədə məlumat yayıb - Yenilənib

08:10

Bakının Nizami rayonu әrazisindә yerlәşәn Ədliyyə Nazirliyi Penitensiar Xidmәtinin Müalicә Müәssisәsində yanğın baş verib.

"Axar.az"ın "APA"ya istinadən verdiyi məlumata görə, hadisə yerinə xeyli sayda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası vә xilasetmә qüvvәlәri cәlb edilib.

9:53

Ədliyyə Nazirliyi Penitensiar xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 11-i saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib, Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır (APA).

Tarix
2013.12.11 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla