Yuxarı

Uşaqlara nağıl oxumağın faydaları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqlara nağıl oxumağın faydaları

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara kitab oxumaqdır. Xüsusilə uşaqların yaşlarına uyğun nağıl kitabları onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynayır.

Axar.az xəbər verir ki, uşaqların oxuduğu nağılların onlara göstərdiyi təsir və faydalar müxtəlifdir. Belə ki, uşaqlara nağıl oxuyarkən onlar özlərini qəhrəmanların yerinə qoyurlar. Beləliklə, özünü başqasının yerinə qoymaqla, digər insanları da anlamağa çalışırlar. Əsas qəhrəmanın müxtəlif problemlərlə qarşılaşması uşağa qorxu, çətinliklər barədə məlumat verməklə həyatın ancaq sevincli günlərdən ibarət olmadığını göstərir və ona çətinliklərlə necə mübarizə aparmağı öyrədir.

Nağılların əksəriyəti xoşbəxt sonluqda bitdiyindən uşaqlarda ümid, güvənc kimi duyğular yaranır. Nağıllarda insanlara, təbiətə, heyvanlara qarşı xüsusi qayğı ilə yanaşıldığı üçün uşaq da bunu özünə örnək götürür və belə rəftar sərgiləyir. Mənfi qəhrəmanların etdiyi pislikləri görüb öz-özündə bunun doğru olmadığı qənaətinə gələ bilir. Çünki uşaqlar özlərini baş qəhrəmanların yerində gördüyü üçün pis qəhrəmanın hiyləgərliklərinin yaxşı olmadığını başa düşür.

Pediatrlar bildirir ki, nağıllar öyrədici olduğu üçün valideynlər nağıldan doğru istifadə edərək övladlarına buradan misallar çəkməlidir. Həmçinin valideynlərin səsi uşaqlar üçün sakitləşdirici olduğundan ana və ya ata nağıl oxuyarkən uşaqlar sakit olur. Uşaqlara kitab oxumaq vərdişi aşılanarsa, zamanla onlar özləri telefon, planşet kimi zərərli vərdişlərdən əl çəkib nağıl oxumaq həvəsinə düşəcəklər.

Mütəxəssislərin fikrinə, valideynlər övladlarına kitab oxuyarkən və ya nağıl deyərkən, həm də onlarla əlaqədə olur, övladları ilə olan bağlarını daha da möhkəmləndirirlər.

Tarix
2019.06.30 / 01:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla