Yuxarı

Rus turistləri Azərbaycanda “saxlaya” bilərikmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz əgər Azərbaycandan tranzit ölkə kimi istifadə edən rusiyalı turistlərin burada qalmasını istəyiriksə, qiymətləri münasib etməli, bununla paralel xidmət sahəsini yüksəltməliyik. Ancaq bu iki faktorla ölkəyə xeyli turist cəlb edə, Gürcüstana gedən rusiyalı turistləri ölkədə saxlaya bilərik.

Bu sözləri Axar.az-a Azərbaycan Turizm Assosasiyasının müşaviri, turizm eksperti Müzəffər Ağakərimov Rusiya ilə Gürcüstan arasındakı siyasi böhran səbəbindən Rusiyadan Gürcüstana olan bütün reyslərin ləğv edilməsi, bu üzdən Azərbaycanı tranzit ölkə kimi istifadə edəcək rusiyalı turistləri burada saxlamağın yollarından danışarkən deyib.

M.Ağakərimov bildirib ki, bununla bizim turizm qurumlarımız məşğul olmalı, təhlillər aparmalıdır:

“Gürcüstana getmək üçün tranzit ölkə kimi Azərbaycandan istifadə edən rusiyalı turistləri burada saxlamaq üçün ilk növbədə Rusiya bazarı ilə yaxşı işləmək lazımdır. Eyni zamanda informasiyanı genişləndirmək və bu informasiyaları rusiyalı turistlərə çatdırmaq, yetişdirmək lazımdır. Ancaq bir əsas məqamı yaddan çıxarmaq olmaz ki, rusiyalı turistlərin Gürcüstana axınının səbəbi ucuzluq, qiymətlərin münasib olmasıdır. Biz əgər Azərbaycandan tranzit ölkə kimi istifadə edən rusiyalı turistlərin burada qalmasını istəyiriksə, qiymətləri münasib etməliyik. Bununla paralel də xidmət sahəsini yüksəltməliyik. Yalnız bu iki faktorla xeyli turist cəlb etmək mümkündür”.

Ekspert bildirib ki, dəfələrlə bu yöndə çağırış etmələrinə baxmayaraq, sahibkarlar, menecerlər, ümumiyyətlə, bu işlə məşğul olan adamlar buna çox biganə yanaşırlar:

“Bu gün Bakının mərkəzindəki restoranların əksəriyyəti çay dəsgahı istəyərkən 20-30 manat depozit tələb edir. Bundan sonra müştəriyə xidmət göstərir. Dünyanın heç bir yerində belə xidmət yoxdur. Restoranlarda qiymətlər həddən artıq bahadır. Turistin nəyinə gərəkdir belə bahalı yerdə dincəlmək? Bizdə başa düşmürlər ki, turistlərin çox gəlməsi daha çox qazanc, yeni iş yerləri deməkdir. Həmçinin növbəti illərin sığortasıdır, yəni turist məmnuniyyəti vacibdir ki, növbəti il də o bura gəlsin. Bizim restoranlar, otellər, əyləncə mərkəzləri bu günlə yaşayırlar. Gələn turistdən bacardıqları qədər çox pul qoparmağa çalışırlar. Yəni turisti bacardığım qədər soyum, nə qazandım, qazandım. Bu xidmətlə hansı turist bir daha bura gələr?”

Ekspert bildirib ki, bu gün hətta yerli turist belə Türkiyənin Antalya, Bodrum kimi istirahət mərkəzlərinə getmək üçün Tiflisdən uçmağa üstünlük verir. Belə olduğu halda rusiyalı turisti ölkədə saxlamağa çalışmaq çətin məsələdir:

“Çünki təyyarə bileti Tiflisdən daha sərfəlidir. Rusiyalı turist Gürcüstana və ya elə Türkiyəyə getmək üçün bir dəfə Bakıdan uçsa, növbəti dəfə mütləq bundan istifadə etməyəcək. Qiymət çox bahadır. Bu səbəbdən biz nəinki xarici turistləri ölkəmizə cəlb edə, heç yerli turistləri burada saxlaya bilmirik”.

Otellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədi Samir Dübəndi isə bildirib ki, artıq rusiyalı turistləri ölkədə saxlaya bilmək üçün nə isə etmək gecdir. Ancaq indi onların növbəti dəfə burada dincəlməsini təşkil etmək üçün çalışa bilərik:

“Rusiya ilə Gürcüstan arasındakı siyasi böhran tək Gürcüstan üçün itkilərlə nəticələnməyəcək. Rusiya da burada itirənlərdəndir. Çünki Rusiyanın aviadaşıyıcı şirkətləri Gürcüstana olan bütün səfərləri dayandırmaq məcburiyyətində qaldığı üçün əvvəlcədən alınmış bütün biletləri qaytarmalı olacaqlar. Bu da təxminən 2-3 milyard rubl təşkil edir.

Bu böhran nəticəsində yaranan problemdən təxminən 150-200 min turist əziyyət çəkəcək. Yəni təxminən bu qədər insan Rusiyadan Gürcüstana səfər planlaşdırmışdı. İndi bu turistlər ya Türkiyə, ya da Azərbaycan vasitəsilə Gürcüstana getməyə çalışacaq. Əgər bu turistlər məqsədyönlü şəkildə Gürcüstana səfər üçün tur əldə ediblərsə, onları burada saxlamaq artıq mümkün deyil. Çünki vaxtında nə isə iş görmək və plan qurmaq lazım idi. Məsələn, turistlərin istifadə etdiyi dəhlizlərdə, Gəncə, Zaqatala aeroportlarında Azərbaycanın bölgələrinin reklamını təqdim edə bilərdilər. Maraqlı, diqqətçəkən, xüsusi hazırlanmış reklam çarxları təqdim etməklə rusiyalı turistlərin diqqətini ölkəmizə yönəldə bilərik. Yəni hətta turist getsə belə, geri dönərkən və ya növbəti il bizim ölkədə istirahət etmək fikri yaransın”.

S.Dübəndi bildirib ki, bu rəqabətdir və bizim marağımızda olmalıdır ki, rusiyalı turistləri ölkəmizə cəlb edək.

Tarix
2019.07.01 / 16:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Putin Bakıya gələ bilər - Mühüm görüş...

Aviasiya analitiklərindən şok versiya: Raket zərbəsi...

Aktaudakı təyyarə qəzasını bu ölkə də araşdıracaq

Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi?

Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə

“Embraer” şirkətindən təyyarə qəzası ilə bağlı bəyanat

Bacılarım sonuncu dəfə mesaj yazdılar ki… - Video

Təyyarə qəzasında sağ qalanların yeni - Siyahısı

Filemon Yanq Azərbaycana başsağlığı verdi

AZAL-ın təyyarəsi dronla vurulub? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla