Yuxarı

Kamal Abdullayev müşavirə keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası millətlərarsı, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev dekabrın 24-də müşavirə keçirib.

Axar.az xəbər verir ki, zəngin gündəliyi olan müşavirədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bakı Slavyan Universitetinin, "Kultura+" internet televiziyasının kollektivləri iştirak edib.

"Prezidentin hər sözü bizim üçün yeni istiqamət, yeni hədəfdir"

Əvvəlcə K.Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə xalqı təbrik edib:

"İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətinin uğurları üçün son dərəcədə titanik işlər görür. Ölkəmizin həqiqətlərinin tanıdılması, dünyadakı nüfuzumuzun artması cənab prezidentin amalıdır. Fiziki və intellektual cəhətdən son dərəcə ağır bir yükü çiyinlərinə götürərək böyük ləyaqətlə daşıyan prezident Azərbaycan naminə, Ulu öndər Heydər Əliyevin ruhuna sədaqət naminə yorulmadan irəliləyir. Biz bu yolda onun köməkçiləri, yaxın silahdaşlarıyıq".

Azərbaycanda son dövrlər bütün sahələrdə cahanşümul işlər görüldüyünü xatırladan Dövlət müşaviri multikulturalizm istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb:

"Cənab Prezident çıxışlarında hər dəfə qeyd edir ki, azərbaycanlının həyat tərzinə çevrilən multikulturalizm, tolerantlıq dünya üçün nümunədir. İlham Əliyev bir il ərzində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi yaratdı. Prezidentin Fərmanı ilə Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin formalaşması da həmin missiyanın davamıdır. Bakı Slavyan Universiteti də bu amala xidmət edir. Azərbaycanın daxili, xarici, hüquq siyasətinin prioriteti olan multikulturalizm təkcə adını çəkdiyim qurumların deyil, digər rəsmi orqanların, vətəndaş cəmiyyəti institutlarının, təhsil və elm ocaqlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Artıq öz işini qurmuş Bilik Fondu, yeni fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandan kənarda da tanınır".

Dövlət müşaviri K.Abdullayev deyib ki, cənab prezident multikulturalizm istiqmətində görülən işlərə həmişə xüsusi diqqətlə yanaşıb: "İlham Əliyev "Rossiya-24" telekanalına verdiyi sonuncu müsahibədə Azərbaycandakı tolerant mühit, xüsusən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi barədə məmnunluqla söhbət açıb, Bakı Slavyan Universitetinin adını çəkib. Prezidentin söylədiyi hər bir söz bizim üçün yeni istiqamət, yeni hədəfdir. Bütün dünyanın rəğbət bəslədiyi siyasətçi, Azərbaycan xalqının ləyaqətli oğlu İlham Əliyevin doğum günü münasibəti ilə bir daha hamınızı təbrik edirəm. Cənab prezidentə can sağlığı, ailəsi ilə birgə səadət arzulayıram. Ən böyük problemimiz olan Dağlıq Qarabağın işğaldan azad olunmasından tutmuş, ucqar kənddə yaşayan sadə vətəndaşın həyatının gözəlləşdirilməsinə qədər gördüyü bütün işlərdə Prezident İlham Əliyevə "Allah yardımçınız olsun" deyək".

Bilik Fondunun içraçı direktoru Oktay Səmədov cənab prezidentin cəmiyyətin maarifləndirilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkib. Onun sözlərinə görə, İlham Əliyevin hər bir azərbaycanlıya göstərdiyi diqqət və qayğı ölçüyəgəlməzdir.

BSU-nun rektoru Asif Hacıyev universitetin inkişafında Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıb: "Bakı Slavyan Universiteti cənab İlham Əliyevin doğum gününü həmişə böyük şövqlə yaşayır. Əvvəllər xarici qonaqları universitetə dəvət edirdiksə, indi bizim məkanı doğma ocaqları bilib, özləri böyük həvəslə gəlirlər. Xarici ölkə ünversitetləri BSU-nun nəzdində mərkəzlərinin yaradılmasını arzulayırlar. Halbuki, Bakı Slavyan Universiteti yeni yarananda biz xarici həmkarlarımıza əməkdaşlıqla bağlı müraciət edirdik. Nailiyyətlərimiz cənab prezidentin Azərbaycana qazandırdığı nüfuzun nəticəsidir. Hər birimiz prezidentimizin əsgəriyik".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən danışan Dövlət müşaviri Kamal Abdullayev isə tezliklə yerli və xarici ali təhsil ocaqlarında bakalavr və magistratura pilləsində "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin tədris olunacağını bildirib. Onun sözlərinə görə, artıq dünyanın 7 nüfuzlu universiteti ilə bu barədə razılıq əldə olunub. Fənnin tədrisi üçün yüksək ixtisaslı kadrların hazırlanması üzrə proqram həyata keçirilir. "Təsəvvür edin, xarici bir vətəndaş "Azərbaycan multikulturalizmi" fənni çərçivəsində ölkəmizin tarixini, dilini, mədəniyyətini, coğrafiyasını öyrənəcək. Zamanla dünya ictimaiyyəti Azərbaycanı daha yaxından tanıyacaq".

Dövlət müşaviri K.Abdullayevin fikrincə, Azərbaycan prezidenti fəaliyyəti ilə ölkəmiz barədə o qədər dəqiq rəy formalaşdırıb ki, qarşımızda gələcəyə hamar yol açılıb: "Bizə ancaq bu yolu şərəflə getmək qalır".

Tarix
2014.12.25 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla