Yuxarı

Qadınlar vəzifədə daha ağıllı qərarlar verir - Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınlar vəzifədə daha ağıllı qərarlar verir - Araşdırma

Qadınlar kişilərdən daha ağıllı iş qərarları qəbul edirlər.

Axar.az xəbər verir ki, kanadalı sosioloqlar 600 şirkət direktoru və idarəçiləri arasında keçirdikləri araşdırmaya əsasən belə qənaətə gəliblər. Belə ki, qadın idarəçilər çətin situasiyalarda kişilərə nisbətən daha tez-tez işi xilas edə biləcək müdrik qərarlar verirlər.

Qadınlar qaydalara və stereoriplərə kişilərdən daha az bağlı olurlar. Taktikanın qurulmasında onlar ətrafdakı insanların fikrini dinləməyi bacarır və kolleqalarını bir komandada birləşdirə bilirlər.

Araşdırmanın rəhbəri professor Kris Bart hesab edir ki, hər bir iri şirkət idarə heyəti tərkibində bir neçə qadına yer verməlidir. Qadınlar öz intuisiyaları və məntiqi düşüncələri ilə kişilərin çıxılmaz vəziyyətə düşə biləcəyi problemlərin həllini tapa bilirlər.

Xatırladaq ki, Kanada şirkətlərinin yalnız 25%-ində qadınlar idarəçi vəzifəsi tuturlar. Azərbaycanda isə bu rəqəm 17.7%-ə bərabərdir.

Tarix
2019.07.06 / 17:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla