Yuxarı

Narkotik istifadə edib, sərnişin daşıyan sürücü tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda yol polisi narkotik maddənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb. “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.07.10 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla