Yuxarı

İki gündən sonra yubileydir... - Siyavuş Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki gündən sonra yubileydir... - Siyavuş Novruzov

Biz bayraq haqqında danışırıqsa, müstəqil Azərbaycanda bu bayrağı ilk dəfə qaldıran, onu enməyə qoymayan, dövləti yaradan ümumilli liderin hakimiyyətə gəlməsinin 50-ci illiyini xatırlamalıyıq. Bu gün Azərbaycan bayrağı bütün ölkələrdə və beynəlxalq təşkilatlarda dalğalanır.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdə “Dövlət bayrağı haqqında” və “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanununlara dəyişiklik zamanı dilə gətirib.

Siyavuş Novruzov bildirib ki, bir neçə gündən sonra ümummilli liderin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd ediləcək:

“Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə ölkəmizdə bütün istiqamətlərdə inkişaf başladı. İkinci dəfə hakimiyyətə gəldikdə isə ölkədə qardaş qırğınının, separatizmin qarşısı alındı, neft müqavilələri imzalandı, parlament formalaşdırıldı, Konstitusiya qəbul edildi. Bu gün Prezident İlham Əliyev ümumilli liderin qoyduğu yol əsasında siyasət aparır. Bu dövlətin, ölkənin qurucusu Heydər Əliyevdir”.

S.Novruzov təklif edib ki, parlament H.Əliyevin hakimiyyətə gəlməsinin 50-ci illiyi ilə bağlı müraciət və ya qərar qəbul etsin:

“İki gündən sonra onun hakimiyyətə gəlməsinin 50 illiyidir. Biz əksər qanunlara toxunduq. Heydər Əliyev olmasaydı, bu qanunlar olmazdı. Biz qərar, bəyanat və ya müraciət qəbul etməliyik. Tarix yaddaşdan tez silinir. Bu tarixi yaradan var. Təklif edirəm ki, belə bir müraciət qəbul edilsin”.

Tarix
2019.07.12 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla