Yuxarı

“Bakının Şanxayı” tarixə qovuşacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakının Şanxayı” tarixə qovuşacaq - Video

Bura “Bakının Şanxay”ıdır. Dəmir yolunun kənarındakı bu qəsəbə 1 küçədən ibarətdir. Bakılılar buranı Şanxay kimi tanıyır. Buranın belə adlandırılmasının əsas səbəbi isə evlərin sıx yerləşməsidir.

ARB TV xəbər verir ki, buranın ilk sakinləri 1950-ci illərin sonlarında Keşlə qəsəbəsində fəaliyyət göstərən beton zavodunun işçiləri olub. İkinci köç isə 1990-cı illərin əvvəllərində reallaşıb. Müharibə səbəbindən evlərindən didərgin düşənlərin üz tutduğu yaşayış ərazilərindən biri də bura olub. Müstəqillik dövrünün ilk illərində kənddən şəhərə üz tutanlar da artdıqca bu yerdə dəmir yoluna yaxın evlərin sayı çoxalmağa başlayıb.

Tikililərin xəttdə çox yaxın yerləşməsi səbəbindən həyatını itirənlər də az olmayıb. Evlərin arasıyla hərəkət edən qatarlar uzun müddət sakinlərin kabusuna çevrilib.

Buradakı vəziyyət nəzərə alınaraq evlərin söküntüsünə də başlanılıb. Bir müddət əvvəl dayandırılan söküntü işləri sakinlərin bir qismini narazı salıb.

Azərbaycan Dəmir Yolları QSC-dən öyrəndik ki, dəmir yolunun mühafizə zolağında yerləşən 476 qeyri-qanuni tikilinin əksəriyyəti sökülüb. 21 evin söküntüsü isə müəyyən səbəblərdən gecikir. Lakin bu məsələnin həllinin tapılması üçün işlər davam etdirilir. Qonşularını yola salan, özləri qalan 21 ailənin də evi söküləcək. Beləliklə, “Bakının Şanxayı” tarixə qovuşacaq.

Tarix
2019.07.22 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla