Yuxarı

İşsizlər üçün kurslar açılacaq - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşsizlər üçün kurslar açılacaq - Siyahı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, işəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər.

Nazirlik peşələrin və onların hazırlıq müddətinin siyahısını da təqdim edib.

Qeyd edək ki, işsiz şəxslərin peşə hazırlığı İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Kurslar üçtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında həyata keçirilir. İşəgötürənlər əməkdaşlıq etmək üçün Xidmətə müraciət (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: [email protected]) edə bilərlər.

Tarix
2019.07.25 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla