Yuxarı

Paşayeva İsveçrənin vitse-prezidenti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva İsveçrənin vitse-prezidenti ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva İsveçrənin vitse-prezidenti, Ətraf Mühit, Nəqliyyat və Enerji naziri Simonetta Sammaruqa, bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.

Axar.az xəbər verir ki, isveçrəli nümayəndə heyəti ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

Q.Paşayeva Azərbaycanın İsveçrə ilə əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan, ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğundan danışıb.

Deputat isveçrəli nümayəndə heyətinə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, zəngin mədəniyyəti barədə məlumatlar verib və onlara Qarabağ həqiqətlərindən danışıb.

Görüşdə iki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğu vurğulanıb.

Sonda Q.Paşayeva isveçrəli nümayəndə heyətinə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Tarix
2019.07.26 / 11:16
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla