Yuxarı

Səfər Əbiyev Çexiya vətəndaşı oldu - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfər Əbiyev Çexiya vətəndaşı oldu - Özəl

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yeni ili Çexiyada qarşılayıb. Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və vətəndaşlıq məsələsinə də son qoyub.

Bu barədə Axar.az-a verilən dəməlumatda iddia olunur ki, keçmiş nazir Çexiya vətəndaşlığını alıb.

Onun ikili vətəndaşlığı olduğu - Azərbaycanla bərabər Çexiya vətəndaşı da aldığı bildirilir. Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də Feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib.

S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər yayılırdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu.

Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı.

Onu da deyək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də Çexiyada yaşayır. Onun qardaşı Rafiq Əliyevin Praqada biznesi olduğu deyilir.

Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Tarix
2015.01.03 / 12:02
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla