Yuxarı

Axar.Az Logo

Borcu ödəməmək üçün “əlil” oldu, icra isə qəyyum “tapmır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Abbasov qohumu Səbuhi Abbasova qarşı qaldırdığı məhkəmə iddiasının təmin edilməməsi ilə bağlı saytımıza müraciət ünvanlayıb.

Məsələ ilə bağlı Axar.az-a danışan Nazim Ziyadxan oğlu Abbasov bildirib ki, Səbuhi Tərlan oğlu Abbasov ona olan borcunun qaytarılması iddiası ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 24 oktyabr 2013-cü il tarixdə (iş 2(073)-1476/2013) iddianı təmin edib və cavabdeh Səbuhi Abbasovdan 23.335 (iyirmi üç min üç yüz otuz beş) manat pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edib.

Lakin cavabdehlər borcu ödəməmək üçün müxtəlif yollara əl atıblar. Belə ki, Səbuhi Abbasovun atası Tərlan Abbasov barədə Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və oğlu S.Abbasovun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar çıxarılmasını istəyib. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixdə (iş 2(073)-2021/2014) çıxardığı qərarla S.Abbasov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib.

İddiaçı bildirir ki, bütün bunlar cavabdeh tərəfindən düşünülmüş şəkildə həyata keçrilib. Belə ki, S.Abbasov həmin dövrdə tam fəaliyyət qabiliyyətli (o, tam sağlam bir adamdır, avtomobil idarə edir, banklardan kredit belə götürür) şəxs kimi ilkin məhkəmədə qarşılıqlı iddia ilə N.Abbasova qarşı iddia qaldırıb və üç məhkəmə prosesində izahatlar verib, özünü müdafiə edib. S.Abbasov bütün məhkəmə proseslərini uduzduqdan sonra Nazim Abbasova olan borcunu ödəməsin deyə, özünü fəaliyyət qabiliyəti olmayan şəxs kimi təqdim edib.

Maraqlıdır ki, onlar borclarını ödəməkdən yayınmaq məqsədi ilə Səbuhi Abbasova qəyyum təyin edilməsi üçün yerli İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməyiblər. Hazırda adı çəkilən şəxs Cəlilabad rayon ərazisində CİP markalı avtomobili idarə edir.

N.Abbasovun hüquqlarını təmsil edən Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, S.Abbasovun qəyyumluq məsələsinin həll edilməsi ilə bağlı dəfələrlə İcra Hakimiyyətinə müraciət etsələr də, cavab ala bilməyiblər:

“Məhkəmə qərarının icrası ilə bağlı iddiaçı Nazim Abbasov bizim Müvəkkil Hüquq Mərkəzinə müraciət edib. Dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının keçmiş sədri Dürdanə Əliyeva ilə danışmışam. Lakin İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülməyib. Hesab edirik ki, İcra Hakimiyyəti bununla kobud şəkildə qanun pozuntusuna yol verir. Təsəvvür edin ki, şəxs saxta yolla özünün fəaliyyət qabiliyyəti olmayan biri kimi təqdim etsə də, avtomobil sürür. Sübut üçün həmin şəxsin fotosu da var. Belə çıxır ki, S.Abbasov sabah avtomobili ilə qəza törətsə, heç bir məsuliyyət daşımayacaq?

Mülki qanunvericiliyə əsasən, S.Abbasovun 3 ay müddətində himayəçi orqan tərəfindən himayəyə verilməsi məsələsinə baxılmalı və problem həllini tapmalıdır. Bu imperativ normadır, məcburidir”.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Tahir Qarayev isə bildirib ki, S.Abbasova qəyyum təyin olunması üçün heç bir qohumu icra hakimiyyətinə müraciət etməyib:

“S.Abbasovun himayəyə verilməsi üçün yaxın qohumlarından kimsə bizə müraciət etməlidir. Amma bu vaxta qədər bizə heç bir müraciət daxil olmayıb. Dəfələrlə S.Abbasovun qohumlarına qəyyumluqla bağlı xəbər göndərsək də, qohumları onu bilərəkdən himayəyə götürmək istəmirlər”.

Tarix
2019.08.02 / 13:28
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Pakistan baş nazirindən Azərbaycan açıqlaması

Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Fransada Azərbaycana qarşı ab-hava hökm sürür - Brön

İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

Bakı bu təşəbbüsdən dərhal imtina etdi – Səbəb

Sərhəd görüşünün əsas müsbət istiqaməti budur - Deputat

İcmadan Mirzoyana cavab: Siyasi əxlaqsızlıq...

5 prinsip əsasında sülh sazişi... - Qafarova

ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi

Bu, “15 günə sülh” deyil, İrəvanın tələb və şərtidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla