Yuxarı

Moskvada namaz qılan azərbaycanlılar cərimələnir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada namaz qılan azərbaycanlılar cərimələnir

Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.

Bu barədə Report-a bazada çalışan həmyerlilərimiz məlumat veriblər.

“Bazada bizə namaz qılmağa qadağa qoyublar. Əvvəllər bazanın içərisində yerləşən “Bakı” restoranında namaz qılırdıq. Sonra gəlib restoranı bağladılar və videokameralar yerləşdirdilər ki, namaz qılmaq olmaz. Cərimələrə gəlincə, əgər, təhlükəsizlik xidməti namaz qılan adamı birinci dəfə tutarsa 5000 rubl, ikinci dəfə tutarsa 10.000 rubl məbləğində çərimə edir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazaya buraxılması qadağan edilir”, - adının açıqlanmasını istəməyən soydaşımız deyib.

Digər soydaşımız isə ibadəti gizli şəkildə etdiklərini bildirib: “Biz bazanı tərk edə bilmirik. Çünki bütün günümüz bazarda iş başında keçir. İbadətimizə imkan vermirlər. Yalnız gizli şəkildə namaz qılırıq ki, heç kim görməsin və bizi çərimələməsin”.

Mövzu ilə bağlı “Fud Siti” meyvə tərəvəz bazasının mövqeyini öyrənmək mümkün olmayıb.

Tarix
2019.08.11 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla