Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2019


Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru, akademik Kamal Abdullanın dəvəti ilə Azərbaycana gələn Çin Sosial Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü, professor Çjan Şuhua başda olmaqla Pekindən gələn elmi və pedaqoji işçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyətini qeyd edərək universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tarixi İpək Yolunun dirçəlməsi ilə qlobal “Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalarda ixtisaslaşan rəhbərlik etdiyi qurumun elmi və ictimai fəaliyyəti, tədris prosesi barədə qonaqlara məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Çin nümayəndə heyətinin üzvləri Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov ilə görüşüblər. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafı, Çinin siyasi inkişafının xüsusiyyətləri, islahatların aparılması və açılması siyasətləri, Çin xüsusiyyətləri ilə sosializmin qurulmasının nəzəri cəhətləri müzakirə edilib. Professor Çjan Şuhua Çinin siyasi inkişafının beynəlxalq əhəmiyyəti və beynəlxalq münasibətlərin demokratikləşməsinə həsr olunmuş “Dünya Siyasətindəki dəyişikliklər və Çinin yeni dövrü” mövzusunda məruzə ilə çıxış edib.

Qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovla da görüşüblər. İclasda ekoloji sivilizasiya konsepsiyasının davamlı inkişaf məqsədi kimi yaşıl iqtisadiyyat, yaşıl həyat tərzi, o cümlədən demoqrafiya və yeni istehlakçı mədəniyyətinin formalaşması proseslərinin planlaşdırılması və idarə olunması sahəsində Azərbaycan-Çin elmi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra çinli alimlər Sosial Tədqiqatlar Mərkəzində İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla görüşüblər. Görüşdə Çinin sosial siyasət və sosial islahatlar sahəsindəki təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə tədqiqat layihələrinin həyata keçirilməsi planları müzakirə edilib. Çindən gələn qonaqlar – Çin Klassik Tibb Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Syuehun Fan və Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Men ənənəvi Çin təbabəti, sağlamlıq üçün gimnastika “Tai Chi chuan” və təkbətək döyüş sənətinin “Vuşu” əsasları mövzusunda master-klasslar keçiriblər.

Tarix
2019.08.14 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tanınmış aparıcıya yeni vəzifə verildi

“Azəriqaz” yumşaldı: borcu ödənilmədi, amma...

Bakıda iki avtomobil toqquşdu: yaralılar var

Kür çayında suyun səviyyəsində kəskin artım

Ağsuda ağac kəsən şəxs cəzalandırıldı

Uşaqlar beşgünlük tətildə nə etməlidir? – Ekspert

Bu rayonlarda açıq meşə sahələri icarəyə verildi

Bu xidmət də ASAN-laşır

Bakıda bu şirkətin 13 işçisi zəhərləndi

Nazir müşavirə keçirdi, göstəriş verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla