Yuxarı

Cəlilabadın köçürülən kəndlərinin xəritəsi hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabadın köçürülən kəndlərinin xəritəsi hazırlandı

Tarixçi Ələsgər Mirzəyev ötən əsrin 50-ci illərində sovet hakimiyyəti dövründə Cəlilabadın köçürmə siyasətinə məruz qalan 28 kəndinin xəritəsini hazırlayıb.

Axar.az xəbər verir ki, ölkəmizin cənub rayonlarının sərhədyanı ərazilərdəki kəndlərinin köçürülməsi barədə qərar 1944-cü ildə qəbul olunsa da, bu iş 1952-1953-cü illərdə həyata keçirilib.

Məxfi qərarda sakinlərin onların razılığı ilə köçürülməsi nəzərdə tutulsa da, kənd adamları öz ata-baba yurdlarından məcburi qaydada köçürülüblər. Həmin ailələr əsasən Sabirabad, Şirvan, Salyan, eləcə də digər Aran rayonlarındakı boş ərazilərdə məskunlaşıblar. Bu ərazilərdə ilk vaxtlarda yaşayış üçün infrastruktur olmadığından sonradan bəzi ailələr gizlincə geri qayıda biliblər.

Rəsmi sənədlərdə kəndlərin köçürülməsinə səbəb kimi sərhədyanı ərazilər boyu təhlükəsizliyin təmin olunması göstərilsə də, əslində, sovet hökuməti bu kəndlərin Cənubi Azərbaycan ilə mədəni və iqtisadi əlaqələrindən ciddi narahat idi.

Bundan başqa, Aran zonasında strateji bitki olan pambığın becərilməsində ucuz işçi qüvvəsi kimi məhz bu əhalidən istifadə edilməsi planlaşdırılırdı.

Hazırda adları yalnız arxiv sənədlərində olan kəndlərin əksər əraziləri dövlət fond torpaqlarına daxil edilib və icarə əsasında əkilib-becərilir.

Qeyd edək ki, həmin illərdə Cəlilabadla yanaşı, Astara, Yardımlı və Lerik rayonlarında da kəndlərin köçürülməsi həyata keçirilib.

Tarix
2019.08.17 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla