Yuxarı

FHN açıqladı: 34 texnika, 141 canlı qüvvə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:07

Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.

Axar.az xəbər verir ki, yanğın qısa müddət ərzində geniş ərazini əhatə edib.

Hazırda yanğının baş verdiyi əraziyə 20-yə yaxın yanğınsöndürmə maşını cəlb edilib.

***

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

Report-un xəbərinə görə, hələ yanğının qarşısını almaq mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib:

"Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib:

"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək".

***

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 əməkdaşına yerində yardım edilib. Daha üç nəfər (onlardan 2 nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib

FHN də yanğınla bağlı məlumat yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilib ki, avqustun 22-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

***

Avqustun 22-də Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın tam söndürülüb. Yanğın üç saatdan çox davam edib. Yanğının sahəsi təxminən 1500 kvardratmetrdən çoxdur.

Bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğının səbəbləri barədə araşdırmalardan sonra məlumat veriləcək. Yanğının yayılma təhlükəsi yoxdur. Texnikanın sayı da artırılıb. Hadisə yerinə 32 texnika və 250-dən artıq canlı qüvvə cəlb olunub. Bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb. Yanğın barədə məlumat daxil olan kimi dərhal yanğın bölmələri hadisə yerinə cəlb edilib. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə əməkdaşlar hadisə yerinə vaxtında çatıblar. Alov tam söndürülüb və yayılma təhlükəsi yoxdur.

Nazir müavini bildirib ki, hazırda rayonlarımızda da yanğınlar davam edir. Bunlar Lənkəran, Lerik, Yardımlı, İsmayıllı, Ağsu, Şamaxı və digər rayonlarda meşə və meşəətrafındakı yanğınlardır. Demək olar ki, son günlər yanğınların sayı kəskin artıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Tarix
2019.08.22 / 23:48
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla