Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
4 İyul 2020


Cəbrayıl və Füzulinin işğalından 26 il ötür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal edilməsindən 26 il ötür.

Axar.az xəbər verir ki, ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.

Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.

Tarix
2019.08.23 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qəbələyə istirahətə gələnlər tutuldu - Foto

Bu şəhərimizdə korona yoxdur – Direktor

Həkimlərdən SOS: Onlar da risk qrupuna aiddir

Kamera vasitəsilə cərimə yazılmayacaq - Rəsmi

Mehman Hüseynovun anası erməni imiş - Şok foto

Vəzifəli şəxsin ailəsində faciə: 1 gündə 2 qardaşı öldü

Postdan keçmək istəyən 3 158 maşın geri qaytarıldı

Qazaxda nişan etmək istəyən şəxslər saxlanıldı

Bağırzadənin ağciyərinin reabilitasiyasına başlanıldı

Bu poçt şöbələri həftəsonu da xidmət göstərəcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla