Yuxarı

İcra başçısının obyektinə görə anbarlar sökülür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısının obyektinə görə anbarlar sökülür

Goranboy şəhərində sahibkarlara məxsus anbarlar söküləcək.

Bu barədə Axar.az-a Goranboy rayon sakinləri məlumat veriblər.

Sakinlər söküləcək anbarların Şahmat məktəbi və avtovağzalla üzbəüz mağazaların arxasında yerləşdiyini bildiriblər. Artıq söküntü işləri ilə əlaqədar məhkəmə qərarı sahibkarlara verilib. Qərarı sahibkarlara İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Həsənov Qabil, rayonun Torpaq və Xəritəçəkmə Şöbəsinin işçisi olan Nemət adlı şəxs çatdırıb.

Anbarlar həmin sahədə yerləşən "Yeni bazar" adlanacaq obyektə yolun açılması üçün dağıdılacaq. Adı çəkilən obyektin Goranboy Rayon İcra başçısı Nizaməddin Quliyevə məxsus olması da gələn xəbərlər sırasındadır.

Goranboy Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumatda da həmin obyektlərin söküləcəyi ilə bağlı informasiyalar təsdiqləndi. İdarə həmin tikililərin əksəriyyətinin qanundan kənar olduğunu və buna görə məhkəmənin qərarı ilə söküləcəyini açıqladı. Eləcə də artıq bununla bağlı anbar sahiblərinin xəbərdar edildiyi bildirdi.

Tarix
2015.01.10 / 00:06
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla