Yuxarı

Bu şirkət Azərbaycanda yeni məhsulunu satışa çıxarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“British American Tobacco” (BAT) Azərbaycandakı distribütoru SADAF TRADE QSC ilə birgə glo™ – tütün qızdırıcı sistemlərin satışına başlayır və beləliklə Azərbaycan dünyada bu məhsulun satışda olacağı 16-cı ölkə olacaq. Glo™ cihazı, yandırmaq üçün yox, qızdırılma üçün olan tütün tərkibli “Kent Neostiks” ilə birlikdə istifadə olunur. Siqaret çəkilməsi ilə bağlı risklərin çoxusunun məhz tütünün yandırılmasından yaranması geniş yayılmış məlumatdır. Tütünün yandırılması olmadığına görə glo™-da yaranan aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddələr ehtiva edir1. Bundan əlavə, siqaret çəkməklə müqaisədə glo™ kül yaratmır və daha az qoxu yaradır2.

Axar.az xəbər verir ki, məhsul Böyük Britaniyada bütün dünyadan olan 100-dən çox mütəxəssisin – alimlər, mühəndislər, dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanıb. Glo™-nun əsas üstünlüyü və xüsusiyyəti – istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. Bu sadəlik siqaret çəkənləri bu innovativ cihazın çalışmasının anlamasını rahatlıq yaratmaq üçündür ki onlar siqaret çəkməkdən potensial olaraq daha az riskli məhsula keçidi nəzərə alsınlar.

Glo™ və KentNeostiks™ Bakıda marketlərdə, ticarət mərkəzlərində, eləcə də Bakı şəhərinin böyük supermarket şəbəkələrində satışda olacaq. KentNeostiks™ 3 müxtəlif dad çeşidində təqdim olunub: “Rich Tobacco”, “Bright Tobacco” və “Dark Fresh”. Həmçinin istehlakçının glo.az internet səhifəsi vasitəsilə və ya *0880 telefon nömrəsinə zəng edərək özünə rahat olan ünvanda (Bakı şəhəri hüdudlarında) glo™ mütəxəssisi tərəfindən təqdimat keçirilməsini sifariş etmək imkanı olacaqdır.

British American Tobacco şirkətinin Qafqaz və Moldova üzrə baş direktoru Felisio Ferraz bildirmişdir ki, ”Biz BAT-da istehlakçılara onların tələbatlarına uyğun bir sıra tütün məhsulları təklif edərək, onların seçimlərini təmin etməyə çalışırıq.Bu gün məhsulun satışa çıxarılması BAT-nin potensial olaraq siqaret çəkməyin risklərini azaldan3 texnoloqiyasına davamlı sərmayə yatırımlarının bir hissəsidir. Buna görə biz Azərbaycanca siqaret çəkənlərə glo™-nu təqdim etmək imkanınından məmnunuq. Biz www.glo.az vebsaytında və Bakıdakı satış nöqtələrindəbu yeni məhsul barəsində məlumat paylaşılması üçün böyük iş görmüşük çünki istehlakçıların bilgiləndirilməsi bu məhsulların potensial olaraq siqaret çəkməyin risklərini azaldılması ambisiyasının həyatakeçirilməsində ən vacib rol oynayır”.

Son illərdə “BAT” siqaret çəkməyə potensial olaraq daha az riskli alternativlərin tədqiqatı və hazırlanmasına böyük sərmayələr yatırıb. Bütün dünyada alimlər, mühəndis və tütün ekspertləri tədqiqat mərkəzlərində çalışaraq yetkinlik yaşına çatmış tütün və nikotin istehlakçıları üçün innovativ məhsulların geniş çeşidlərinin yaradılması üzərində işləyir.

“British American Tobacco” şirkətlər qrupunun Baş elmi mütəxəssisi Marianna Qaça bildirib ki, konseptual baxımdan glo™potensial olaraq daha az riskli məhsul kimi işlənib hazırlanmışdır, onun istifadəsi zamanı tütün yanmır, qızdırılır. Nəticədə ayrılan toksinlərin miqdarı əhəmiyyətli dərəcədə azalır, istehlakçı yenə dəistifadədən istədiyi dadı və həzzi alır. Bu vacibdir, çünki bir çox siqaret çəkənlər nikotin istifadəsini və onunla bağlı ritualı atmaq istəməsə belə, siqaret çəkməyin risklərindən narahatdırlar.

1Burada və daha sonra 3R4F (təxminən 9 mq qatran) formatlı standart siqaretdə yanan tütün tüstüsünün glo™ cihazında qızdırılmış tütünün aerozolu ilə müqayisəsi nəzərdə tutulur. Müqayisə Ümumdünya Səhiyyə Təşkilatının istehlakını azaltmağı tövsiyə etdiyi 9 növ zərərli maddə üzrə aparılır. Bu mütləq qaydada o demək deyil ki, bu məhsul digər tütün məhsulları ilə müqayisədə daha az ziyanlıdır.

2Bu mütləq qaydada o demək deyil ki, bu məhsulun sağlamlığa təsiri digər tütün məhsullarından daha azdır.

3Burada və daha sonra ənənəvi siqaret çəkmə ilə müqayisədə potensial olaraq daha az təhlükə nəzərdə tutulur.

Tarix
2019.09.05 / 10:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla