Yuxarı

Balakəndə "nazirlik və AQTA əməkdaşı" tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə "nazirlik və AQTA əməkdaşı" tutuldu - Foto

Balakəndə özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, rayonun Talalar kənd sakinləri S. və Ə.Qarayevlər rayon Polis Şöbəsinə gələrək, bir neçə gün öncə özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən naməlum şəxsin dələduzluq etməklə, onlara maddi ziyan vurduğunu bildiriblər. Dərhal Balakən Rayon Polis Şöbəsində əməliyyat qurupu yaradılıb və əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Araşdırma zamanı məlum olub ki, vətəndaşlara qarşı dələduzluq edən şəxs Bakı şəhər sakini Şakir Rəhimovdur. O, "isti izlər"lə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şakir Rəhimov törətdiyi cinayət əməlini etiraf edərək, özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim etdiyini, vətəndaşlara ümumilikdə 465 manat və 1200 ABŞ dolları ziyan vurduğunu etiraf edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi açılıb. Saxlanılan Şakir Rəhimovun başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

Tarix
2019.09.10 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla