Yuxarı

Qənirə Paşayevanın yazıları xarici mediada – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayevanın yazıları xarici mediada – Foto

Son günlər qardaş ölkə və topluluqların bir sıra media orqanlarında millət vəkili professor Qənirə Paşayevanın fikirləri əsasında Azərbaycan həqi­qət­lərini özündə ehtiva edən müxtəlif janrlı materiallar yer alıb.

Axar.az xəbər verir ki, Qazaxıstanın “Bilim Tayms” jurnalı, Özbəkistanın “Kitab Dünyası” qəzeti, Başqırdıstanın “Başqurd qızı” jurnalı və Tatarıstanın bir sıra aparıcı media orqanlarında son aylar respublikamıza səfər etmiş yazarların təəssüratları, onların tərcümələri əsasında Qa­rabağla, ümumilikdə Azərbaycan həqiqətləri ilə bağlı fikirlər geniş işıqlandırılıb.

“Bilim Tayms” jurnalının baş yazı yerində millət vəkilinin Qarabağ mövzusunda qələmə aldığı “İtirdiyim xoşbəxtlik” hekayəsinin qazaxcaya uyğunlaşdırması verilib. Hekayəni istedadlı qazax gənc ədibi Erkin­bek Serikbay uyğunlaşdırıb.

Özbəkistanın “Kitab Dünyası” qəzetində tanınmış özbək şairi Həlimə Əhmədovanın millət vəkilinin özbəkcəyə uyğunlaşdırılaraq “Kitab Dünyası”nda çap edilmiş şeirləri haqqında təhlil yazısı yayımlanıb.

“Başqurdistan qızı”nın baş redaktoru Gülnaz Kutuyeva istər sosial mediada, istərsə də, jurnalda öz ürək sözlərini yayınlayıb, habelə millət vəkilinin siyasi, elmi və ədəbi fəaliy­yəti haqqında ətraflı məlumat verib.

Avqustda millət vəkili Q.Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olmuş Tatarıstanın Xalq şairi, millət vəkili, Dövlət Mükafatı laureatı Razil Vəliyev aparıcı tatar media orqanlarında yer alan müsahibə və məqalələrində Azərbaycanla bağlı zəngin təəssüratlarını ifadə edib.

Sözügedən materiallarda ölkəmiz, mədəniyyətimiz, ədəbiyyatımız, özəlliklə, xalqımızın cəlb olunduğu elan olunmamış müharibənin nəticələri haqqında fikirlər yer alıb. Hər birinin özünəməxsus oxucu auditoriyası olan bu media orqanlarının diqqətini Azərbaycana fokuslaması, qarşı dönəmdə qardaş dillərdə çıxacaq“Qarabağ heka­yə­ləri” üzərində iş getməsi diqqətəlayiq hadisədir.

Tarix
2019.09.11 / 18:18
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla