Yuxarı

Nazir göstəriş verdi, DYP hərəkətə keçdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir göstəriş verdi, DYP hərəkətə keçdi - Foto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən, yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyi nəzərə alınaraq “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.

Axar.az xəbər verir ki, sentyabrın 10-dan başlayaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az portalının təşəbbüsü ilə tədbirlər keçirilib. Ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.

Bu məqsədlə Bakının Binəqədi, Sabunçu, Nərimanov, Xəzər, Səbail, Qaradağ, Xətai, Yasamal, Pirallahı, Nəsimi və Suraxanı rayonlarında maarifləndirici aksiyalar keçirilib. Tədbirlər çərçivəsində məktəblərin önünə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar əks olunan plakatlar vurulub. Plakatlarda şagirdlərə, müəllimlərə və valideynlərə yol hərəkəti qaydaları izah edilib.

Bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməlidirlər. Həmçinin müəllimlər hər dərsin bir neçə dəqiqəsini yol hərəkəti qaydaları haqqında danışsalar, müsbət nəticəsi ola bilər. Valideynlərə isə avtomobillərini məktəblərin ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və piyada səkilərində saxlamamaq tövsiyə olunub.

Tədbirlər çərçivəsində müəllim və şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən kitabçalar da təqdim edilib. Bir neçə şagirdə isə məktəb ləvazimatları hədiyyə olunub.

Tədbirlər, ümumilikdə, hər rayon üzrə 10-15 məktəb olmaqla 150-ə yaxın təhsil müəssisəsini əhatə edib.

Qeyd edək ki, "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbirlər davam etdiriləcək.

Tarix
2019.09.16 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla