Yuxarı

Qubada "Azərişığ"ın maşını aşdı: 2 ölü, 2 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada "Azərişığ"ın maşını aşdı: 2 ölü, 2 yaralı

12:37

Söhüb kəndində avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan iki nəfər ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstaxanasına aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər.

“Təcili tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu maşın aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Quba rayonunda Azərişıq ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Axar.az-a daxil olan məlumata görə, hadisə nəticəsində Azərişıq ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər əməkdaşlar - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tarix
2019.09.18 / 14:59
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla