Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2019


Elinanın ölüm işi: hadisə necə olub? – Bayramova danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Prokuror ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevinc Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova ifadə verib.

X.Bayramova qeyd edib ki, hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasova məlumat verib:

"Sevinc Abbasova zəng edərək mənə dedi ki, 8-ci sinifdə oxuyan qız 2-ci mərtəbədən yıxılıb. Ona təşvişə düşməməyi tapşırdım. Məsələ ilə bağlı icra başçısına məruzə etdim və ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcilli yardım çağırın".

X.Bayramova ifadəsində qeyd edib ki, direktor ona təcili yardım çağırdıqları bildirib: "Məktəbə saat 11:01-də çatdım. Polislər orada idi. Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Gördüm ki, hələ həkim çağırılmayıb. Belə olan halda mən birbaşa Rauf həkimə zəng edib təcilli yardım göndərmələrini istədim. 4 dəqiqə sonra həkimlər gəldi".

İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: “Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”.

X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: "Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”.

İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: "Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”.

X.Bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.

Tarix
2019.09.18 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Nazirlikdən balıqçılara çağırış: Təbiətin düşmənləri...

Zakir Həsənov Kişiyevi vəzifədən azad etdi

Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Rəsmi

Bakıda bu radionun sınağı keçirildi

Sabahın hava proqnozu açıqlandı

Zakir Həsənov NATO admiralı ilə görüşdü - Foto

SOCAR Cəbrayılovun iki binasını sökdürür – Qərar

Prokuror Sevinc Abbasovaya cəza istədi

Həmsədrlər Qarabağa gəldi: Separatçılarla görüş

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla