Yuxarı

İsveçrə mediası Gəncədən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrə mediası Gəncədən yazdı

İsveçrənin “www.zeitung.ch” portalında “Gəncə - Azərbaycanın qədim mədəniyyət xəzinəsi” sərlövhəli məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, məqalədə Gəncə şəhərinin Azərbaycan tarixində böyük yerə malik olması diqqətə çatdırılıb. Qeyd edilib ki, müxtəlif mənbələrdə şəhərin tarixi barədə fərqli məlumatlar olsa da, aparılmış ən yeni tədqiqatlar nəticəsində şəhərin yaşının dörd min ilə çatdığı müəyyənləşdirilib.

Məqalədə vurğulanır ki, Gəncə orta əsrlərdə mühüm ticarət mərkəzi olub. Qədim İpək Yolu üzərində yerləşən bu şəhər əsrlər boyu əsas karvan yollarının qovuşduğu, ticarətin inkişaf etdiyi məkan kimi tanınırdı və öz ipəyi ilə bütün Yaxın Şərqdə məşhur idi. Ticarətlə yanaşı, burada elm və mədəniyyətin yüksək inkişafını diqqətə çatdıran müəllif Gəncədə dövrünün görkəmli şəxsiyyətləri olmuş Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaşayıb-yaratdığını qeyd edib.

Məqalədə bildirilir ki, Gəncə şəhəri 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin ilk paytaxtı kimi də Azərbaycan tarixində önəmli yer tutur. Gəncə öz qədim tarixi ilə yanaşı, müasirliyi ilə də diqqəti cəlb edir. 2016-cı ildə bu şəhər Avropanın Gənclər Paytaxtı seçilib, burada müasir infrastruktur yaradılıb.

Müəllif Gəncə şəhəri və onun yerləşdiyi regionun görməli yerləri, tarixi abidələri və mətbəxi barədə də məlumat verir.

Tarix
2019.09.18 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla