Yuxarı

Bakıda Ermənistan məhsulu: "Bazarstor"dan açıqlama - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Ermənistan məhsulu: "Bazarstor"dan açıqlama  - Foto

09:46

Bakıda erməni istehsalı olanpeçenye satılır.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Xalid Kazımlı Feysbukda məlumat yayıb.

"Choco Pie" adlanan peçenyenin "Bazarstor"dan alındığı qeyd olunub.

Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var.

Məhsulun üzərində yazının ermənicə olduğunu saytımıza ermənişünas Qafar Çaxmaqlı da təsdiqləyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır:

“Choco Pie” adlı məhsul yalnız “Bazarstor” üçün gətirilmir. Həmin şirniyyat “Nant” firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. İndi firma ilə danışmışıq. Bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq. Çünki “Bazarstor”un 50-dən çox mağazası var və bunu bir gün ərzində etmək mümkün deyil. Əslində, bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub”.

Tarix
2019.09.20 / 10:32
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident “Avaza” kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla