Yuxarı

Paşayeva azərbaycanlı mütəfəkkirlə bağlı təklif verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransda millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Axar.az xəbər verir ki, konfransda millət vəkili Qənirə Paşayeva çıxış edərək, Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyi uğrunda çalışmasından danışıb.

Millət vəkili bildirib ki, Əhməd bəy Ağaoğlu milli oyanış, maarifçilik, türk birliyi hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, böyük ziyalı, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Əhməd bəy Ağaoğlunun gənclər üçün əsl örnək olduğunu qeyd edən millət vəkili onu anmaqdan başqa anlamağa, bunun üçün isə tariximizi, böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənməyə çağırıb:

“Əhməd bəy Ağaoğlu fikirləri türk dünyasının birliyi və inkişafına çağırır və gənclərimiz üçün ən gözəl örnəklərdən biridir. Bu cür tədbirlər Əhməd bəy Ağaoğlunu gənc nəsillərə daha geniş tanıtmağa xidmət edir və mən təşkilatçıların hamısına təşəkkürümü bildirirəm. Özəlliklə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun irsinin öyrənilməsi, daha geniş tanıdılması istiqamətində dövlət başçımız İlham Əliyevin sərəncamını yüksək qiymətləndirir və cənab Prezidentə təşəkkürümüzü bildirirəm. İnanıram ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları, Əhməd Ağaoğlunun gənc nəsillərimizə daha yaxından tanıdılmasında fəallıqlarını daha da artıracaqlar və bu cür tədbirlərin sayı daha da artacaq”.

Millət vəkili Türk Ocaqlarının nümayəndələrinə müraciətlə, “Əhməd Ağaoğlu Türk Ocaqlarının qurucularından biri idi və çox yaxşı olar ki, qardaş Türkiyədə onun adına bir küçə və ya park olsun” deyib.

Türk Ocaqları rəsmiləri millət vəkili Q.Paşayevanın təklifini müsbət dəyərləndiriblər və bununla bağlı Türk Ocaqlarının adından rəsmi qurumlara müraciətlər göndərəcəklərini deyiblər.

Qeyd edək ki, “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans iki gün davam edib.

Tarix
2019.09.20 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

COP29 Sədrliyi bəyanat yaydı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla