Yuxarı

Bakıda sahə rəisi niyə döyülüb öldürüldü? – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sahə rəisi niyə döyülüb öldürüldü? – Təfərrüat

Şənbə günü Bakı şəhəri Xətai rayonunda Abşeron Zeytun MMC-nin sahə rəisi, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlunun döyülərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisəni törədən şəxs artıq Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq və istintaq müddəti üçün barəsində qətimkan tədbiri seçiləcək.

Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, B.Piriyev və qardaşı oğlu Zığ qəsəbəsi ətrafındakı zeytun bağlarına nəzarət edib və ərazidən yığılan zeytunu zavoda təhvil verirmiş. Onlar Zığ şosesində yerləşən Zeytun bağlarında tanımadıqları şəxslərin ağaclardan zeytun topladığını görərək müdaxilə ediblər və bu zaman dava-dalaş düşüb. B.Piriyev ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O, müayinə edilən zaman infarktdan dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2019.09.30 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla