Yuxarı

Azərbaycan buna görə Cənubi Qafqazda birincidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan buna görə Cənubi Qafqazda birincidir

Azərbaycan 2019-cu ilin III rübünə olan “Fitç” beynəlxalq reytinq agentliyinin növbəti hesabatında müsbət mövqeyini qoruyub və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib.

Maliyyə Bazarlarında Nəzarət Palatasından Axar.az-a verilən məlumata görə, Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur.

Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makro-iqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyllər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmış, geniş anlamda isə, ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaratmışdır. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həll olunması istiqamətində həyata keçirilən tədbirlər sektorun restrukturizasiyasına, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olub.

Öz növbəsində, iqtisadiyyatın diversifikasiya olunması və neft sektorundan asılılığının aradan qaldırılması məqsədilə ölkədə yaradılan və dəstəklənən münbit biznes mühiti “Fitç”in analizlərində xüsusi qeyd olunub və Azərbaycanın mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.

Tarix
2019.10.04 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı

Efiopiya ilə bir sıra sənədlər imzalandı

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - Video

Rusiya Ermənistanda bundan məhrum edilir - Bakının nəzarəti...

Milli Məclisin növbəti plenar iclası başladı

İlham Əliyevin Efiopiyanın baş naziri ilə təkbətək görüşü...

Paşinyandan ayrılan Anna qızıllarını göstərdi - Video

Onları Prezidentlə xanımı qarşıladı

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla