Yuxarı

Vilayət Eyvazov gürcü həmkarı ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-dən Axar.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir V.Eyvazov gürcü həmkarını bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, xalqlarımız arasındakı dostluğun qədim tarixi köklərə malik olduğunu xatırladıb, hər iki ölkə rəhbərliyinin əlaqələrimizin daha da genişləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, bu münasibətlərin ölkə prezidentlərinin siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini, Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyətin dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırıb.

Sonra mövcud kriminogen durum, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında əldə olunan nəticələr, xidmətin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.
​Nazir qeyd edib ki, ötən illər ərzində nazirliklərin rəhbər vəzifəli şəxsləri, sərhədyanı bölgələrin polis orqanlarının rəisləri səviyyəsində qarşılıqlı səfərlər, cinayətkarlıqla mübarizədə birgə səylərin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərinin müzakirəsi praktikası yaranıb.

DİN-lər arasında əməkdaşlığın hüquqi bazasının məqsədyönlü və ardıcıllıqla möhkəmləndirildiyini qeyd edən nazir, imzalanmış sənədlərin, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib.
Nazir V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Tarix
2019.10.09 / 17:54
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla