Yuxarı

MM-də boş qalan yerlərə seçkilər keçiriləcəkmi? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də boş qalan yerlərə seçkilər keçiriləcəkmi? – Rəsmi

Hazırda Milli Məclisdə (MM) 125 əvəzinə 118 deputat fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, hazırda parlamentdə ümumilikdə 7 deputatın yeri boş qalıb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan 14 saylı Xəzər seçki dairəsində deputat yeri boşdur.

Deputat Astan Şahverdiyevin 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat etməsi nəticəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat yeri boşalıb.

2018-ci il aprelində Prezident İlham Əliyevin sərəncamları ilə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev isə Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Bu il sentyabrın 30-da isə adı borc qalmaqalında hallanan və borca görə deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov deputat mandatından imtina edib.

Bəs görəsən Milli Məclisdə boş qalmış yerlərə erkən seçkilər keçirilə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a danışan Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bunun mümkün olmadığını bildirib:

“Seçki Məcəlləsinə əsasən, eyni dövr ərzində iki seçki prosesi həyata keçirilə bilməz (Hazırda bələdiyyə seçkilərinə hazırlıq gedir – red.). Yəni bu il ərzində boş qalan yerlərə seçkilərin keçirilməsi mümkün deyil. Növbəti il isə artıq parlament seçkilərinin vaxtıdır”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə növbəti seçkilər 2020-ci ilin noyabrında keçiriləcək.

Tarix
2019.10.22 / 17:48
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla