Yuxarı

"Nar"dan fiziki məhdudiyyətli şəxslərə - Dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar"dan fiziki məhdudiyyətli şəxslərə - Dəstək

Sosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən “Nar”, "Radio Antenn" 101 FM-lə birgə “Canlı kitab” layihəsinə start verib.

Axar.az xəbər verir ki, layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib xüsusi elektron daşıyıcılara yazılacaq. Eyni zamanda, bu əsərlər “Radio Antenn” 101 FM-in canlı efirində səsləndirilir. Layihənin əsas məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən məşhur simalarının həyatı, əsərləri haqqında maraqlı məlumatlar, həmçinin əsərlərindən seçmələr verməklə bədii ədəbiyyatı hər kəs üçün əlçatan etməkdir.

Bu layihənin dəstəklənməsinin əsas səbəblərindən biri də görmə məhdudiyyətli insanların mütaliəsi üçün Azərbaycan dilində audio kontentin məhdud olmasıdır. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar vasitəsilə kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Bununla da, görmə məhdudiyyətli insanlar üçün audio kitabxananın əsası qoyulmuş olacaq.

Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in yayımında dinləyə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Tarix
2019.10.23 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Laçına yola düşdü

Diplomatlar Şuşada bu məkanlarda oldu - Video

Azərbaycana qarşı kampaniyalar bu ölkələrdən aparılır...

Arakçı Pezeşkiana xəyanət edir? – İranda böhran

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla