Yuxarı

Bakı-Tiflis qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salındı

Bakı-Tiflis-Bakı sürət sərnişin qatarı ilk dəfə bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4" sərnişin lokomotivi ilə yola salınıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında ötən əsrin 70-ci illərinin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

Fransanın “Alstom” şirkətinin istehsalı olan "Prima M4"ün ikisistemli elektrik lokomotivli olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə "Prima M4"ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. "Prima M4"lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi Azərbaycan Dəmir Yolları QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.

Belə ki, Azərbaycan Dəmir Yolları QSC ilə Fransanın "Alstom” şirkəti arasında 12 may 2014-cü il tarixdə imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.

Tarix
2019.10.26 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla