Yuxarı

Şadlıq evlərinə xəbərdarlıq: Hər bir işçi və müğənni... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən etibarən şadlıq sarayında çalışan hər işçinin - musiqiçinin, rəqqasın, fotoqrafın, hər bir kəsin vergi sənədi olmalıdır. Əgər hər hansı bir şadlıq sarayında hər hansı bir işçinin bu sənədi olmadan çalışdığı müəyyən olunarsa, bu zaman məsuliyəti həmin şadlıq sarayının rəhbərliyi daşıyır və buna görə o cərimə oluna bilər.

Axar.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bildirilir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Şadlıq sarayında çalışan işçilər fəaliyyətə başlayanadək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir.

Vüqar Bayramov (İqtisadçı): "Şadlıq sarayları xidmət göstərən zaman öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sadələşmiş vergi üzrə qəbzə malik olmalıdır. Əvvəlki dövrlərdə sadəcə qeydiyyatdan keçməklə, yəni VÖEN-ə sahib olmaqla artıq xidmət göstərmək mümkün idi. Daha sonra isə xidmətə görə dövriyyə elan olunurdu və dövriyyə elan olunduqdan sonra vergi hesablanırdı”.

Ekspertlərin sözlərinə görə, yeni qaydanın tətbiqi bəzi şəxslərin vergidən yayınmasının qarşısını alacaq:

"Sözügedən sahədə vergi dövriyyəsi kifayət qədər böyükdür. Amma həmin dövriyyənin vergiyə cəlb edilməsi ilə bağlı çətinliklər vardı. Yalnız o şəxslər sözügedən xidmətləri göstərə biləcək ki, onların məhz həmin qəbzi olsun. Sənədi olsun”.

Samir Qasımov (Vəkil): "Bu vaxta qədər bu ümumi qaydada gedirdi. Ya əmək müqaviləsi əsasında həmin adamlar işçi kimi işə götürülməli idi, əmək haqqından vergi tutulub, ödənilməli idi, ya da həmin şəxslər VÖEN almalı idilər, hər ay sadələşmiş vergi ödəməli idilər. Bu təcrübə də dəqiq işləmirdi. Yəni bunun dəqiq mexanizmi yox idi”.

Sözügedən işçiləri qəbz əldə edilmədən işlədən sahibkara hər bir işçiyə görə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 4000 manat, 3 və ya daha çox olduğu halda 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Vahid Əhmədov (Milli Məclisin deputatı): "İsər müğənni olsun, digər sənət sahibləri olsun, əgər onlar Azərbaycan vətəndaşıdırsa, bu ərazidə çalışırsa, müəyyən gəlir əldə edirsə, o gəlirdən vergi verməlidir. Dəyişkilik elədik Vergi Məcəlləsində ki, hər bir sənətkar vergi ödəyicisi olsun, yəni bu, tamamilə qanunauyğundur”.

Qanun layihəsi Milli Məclisin noyabrda keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Tarix
2019.10.28 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Borrell "bağ və cəngəllik"lə Makrona dəstək verdi - Kılıç

Erməni səfir ifşa etdi: Fransanı Bricit idarə edir?

Bakıda çox ilhamverici bir gün keçirdik - Dodds

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Ermənistanın ekoloji terroru ilə bağlı görüntülər - Video

Leyla Əliyeva dəyirmi masada - Foto

QHT-çilər Bakıda Pallonenin göstərişi ilə şiddətə məruz qaldı

İshaq Hersoq Bakıya səfərini ləğv etdi, amma… – Təcili

ABŞ dövlət katibinin müavini Bakıda - Foto

ABŞ eksperti İrəvanda: Bakı ilə əlaqə olmadan…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla