Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


DİN-də vakant zabit yerlərinə təyinat oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 7-də Daxili İşlər Nazirliyində (DİN) müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların respublikanın şəhər, rayon polis orqanlarında vakant zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında reallaşdığını xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

Belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımların atıldığını deyən general-polkovnik Vilayət Eyvazov hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla komplektləşdirilməsinə dair Daxili İşlər nazirinin müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib. O qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müsbət xarakterizə olunan 199 əməkdaşın bilik və fiziki hazırlıq səviyyəsi yoxlanılıb.

İmtahanların nəticəsinə görə daha üstün olan 36 nəfərin seçildiyi, həmin əməkdaşların istəkləri və iş yerləri nəzərə alınmaqla orta rəis heyəti vəzifələrinə təyin olunduqları diqqətə çatdırılıb.

Sonra nazirliyə dəvət edilmiş əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə Daxili İşlər nazirinin müvafiq əmri oxunub.

Tədbirə yekun vuran nazir V.Eyvazov gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Daha sonra Daxili İşlər naziri müstəqilliyin ilk illərində baş vermiş gərgin ictimai-siyasi proseslər, ölkəmizdə yaranmış vətəndaş qarşıdurması, Ermənistanın təcavüzü, partiya mənsubiyyətinə, şəxsi sədaqətinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz şəxslərin qəbul edildiklərini, kriminogen durumun nəzarətdən çıxması, xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatların həyata keçirildiyini xatırladıb.

Bildirilib ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulmasında əhəmiyyətli rol oynayıb.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında dövlət başçımızın qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Tarix
2019.11.07 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlik faktiki havanı açıqladı

Biləsuvarda yanacaqdaşıyan maşın aşdı: ölən var – Video

Bu rayonlarımıza ilk qar yağdı - Foto

Bakıda qəza sıxlığa səbəb oldu - Foto

Şəmkir-Abbaslı-Nərimanlı yolu yenidən quruldu

Mehdiyevin bu postuna təyinat nə vaxt olacaq?

Zəhərlənən tələbələrin son durumu... - Nazirlik açıqladı

Hakim olmaq istəyənlərə yüz sual veriləcək

Prezident 3 namizəd irəli sürdü: biri məşhur deputatın xanımıdır

Mehriban Əliyeva "Lujniki" kompleksi ilə tanış oldu - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla