Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Fevral 2020


Havanı çirkləndirən şadlıq sarayları - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.

Trend-in məlumatına görə, nazirliyin nümayəndəsi Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıda restoranların havaya tüstü buraxması ilə bağlı ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

"Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur. Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milorətraf md", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları , "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub. Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şahzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", " Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə və Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq:

"Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Restoranların təmizləyici qurğulara diqqət artırmaları çox mühümdür".

V.Kərimovun sözlərinə görə, nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsini qaldıra bilər:

"Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlayırıq, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa, onların fəaliyyəti dayandırılacaq".

Tarix
2019.11.08 / 17:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda neft məhsullarının istehsalında kəskin artım

Siqaretin qiyməti ilə bağlı qərar: bahalaşdı...

Qaralovun işdən çıxartdığı şəxsə yüksək vəzifə verildi

Pensiyaçıların nəzərinə: Bu şəxslərə aldanmayın!

Xəzərin bu sahil torpaqları deqradasiyaya məruz qaldı

11 azərbaycanlı namizəd 1 namizəd ətrafında birləşdi

139 şikayətə baxılıb – Məzahir Pənahov

Azərbaycanda ölüm hökmü haqda dəhşətli faktlar - Məxfi

Çöldə bizi qorxudurdunuz, ancaq nə oldu?.. - MSK sədri

68 dairə üzrə 385 video-materialı araşdırırıq - Pənahov

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla