Yuxarı

Kür çayında son durum: Sürətli şəkildə azalma gedir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür çayında son durum: Sürətli şəkildə azalma gedir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla onun 20-30 faizini təşkil edir.

Departamentdən Axar.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 144 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 77 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 104 kubmetrə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla onun 123 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 85 faizinə bərabərdir. Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 324 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 147 santimetr olub. Salyanda suyun səviyyəsi 14 santimetr azalıb və 64 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 37 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 143 santimetr olub.

Tarix
2019.11.08 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla