Yuxarı

Paşayeva Şimali Makedoniyada Qarabağdan danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva Şimali Makedoniyada Qarabağdan danışdı - Foto

Millət vəkili Qənirə Paşayeva Şimali Makedoniyada 5-ci Yəhya Kamal Bayatlı Şeir Festivalında iştirak edib.

Axar.az xəbər verir ki, tədbirə çıxış edən Q.Paşayeva ölkəmizin tarixi, bu günü, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Azərbaycan-Makedoniya münasibətlərinin inkişafından danışıb. Millət vəkili, həmçinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən söz açıb:

“Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir”.

Millət vəkili Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində makedoniyalı ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib.

Q.Paşayeva tədbir zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar təqdim edib və onları Azərbaycana dəvət edib.

Tarix
2019.11.11 / 21:57
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla