Yuxarı

STM-dən yeni imtahan modeli ilə bağlı hesabat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
STM-dən yeni imtahan modeli ilə bağlı hesabat

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan barometri” jurnalının oktyabr sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinə dair analitik hesabat”ı dərc edilib.

STM-dən Axar.az-a verilən məlumata görə, hesabatın icmalında inkişafın yeni mərhələsində Azərbaycanda təhsil sistemində köklü islahatların aparılmasının strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində olduğu qeyd edilib:

“2012-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə daxil edilib. 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılıb. 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında keçirilib. Həmin ilin oktyabrında DİM və Təhsil Nazirliyi arasında keçirilən görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli ictimaiyyətə təqdim edilib.

Cari - 2019-cu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsinə start verilib”.

Qurumdan bildirilib ki, DİM tərəfindən buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiqinə cəmiyyətdə münasibət birmənalı olmayıb, onun müsbət və mənfi tərəfləri ətrafında müzakirələr bu gün də davam edir:

“Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.

Sosial Tədqiqatlar Mərkəzinin 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu Dövlət İmtahan Mərkəzinin regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu (Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Şirvan, Xaçmaz, Göyçay, Lənkəran, Mingəçevir) əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib”.

Məlumatda həmçinin hesabatın təqdimatının yaxın günlərdə baş tutacağı da öz əksini tapıb.

Qeyd edək ki, hesabat STM-in Daxili Siyasətin Təhlili Departamenti və İctimai Rəyin Öyrənilməsi Departamenti tərəfindən hazırlanıb.

Tarix
2019.11.18 / 16:38
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Prezident Mixay Popşoini qəbul etdi - Foto

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

İran Azərbaycana yenə hücum edə bilər? – Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla