Yuxarı

Xalq artisti: Onları güllələmək lazımdır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: Onları güllələmək lazımdır!

Kim xalqı zəhərləyirsə, o, bu xalqın düşmənidir.

Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı şadlıq saraylarında insanlara köhnə yeməklərin verilməsi ilə bağlı narazılıqlardan danışarkən deyib. Onun sözlərinə görə, belə problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar tədbir görməlidir:

“Toyda verilən yeməklərin keyfiyyəti ilə bağlı ümumi narazılıqları çox eşitmişik. Hər halda problemlər var və müvafiq təşkilatlar bu işlə məşğul olmalıdır. Hesab edirəm ki, insanlarımızı zəhərləyənlər bu millətdən ola bilməz”.

Xalq artisti Şeyx Əbdül Mahmudov isə hesab edir ki, şadlıq saraylarında ciddi qüsurlara yol verən şəxslərə qarşı cinayət işi açılmalıdır:

“Şadlıq saraylarında bizi zəhərləyənlər ermənidirsə, əcəb edir, amma bizim millətin nümayəndəsidirsə, adam belələrinə söz tapmır! Şadıq saraylarının fəaliyyəti vaxtlı-vaxtında yoxlanılmalıdır. Fikrimcə, bu məsələ dövlət səviyyəsində həll olunmalı, xalqı zəhərləyənlərə qarşı cinayət işi açılmalıdır. Cərimə ilə bunların qarşısını almaq olmaz. Bir çox hallarda şadlıq evlərinin sahibləri cərimələndikdən sonra dərs götürmək əvəzinə, toylarda verilən ərzaqların, yeməklərin qiymətini qaldırırlar. O şəxslər ki dövlətə, dövlətçiliyə zərər vurur, onlar amansızcasına güllələnməlidir”.

Qeyd edək ki, toylarda sadlıq sarayları tərəfindən təklif edilən menyulardakı yemək çeşidlərinin çoxluğu, eləcə də bir çox hallarda toy iştirakçılarına köhnə yeməklərin təqdim edilməsi ictimai müzakirələrə səbəb olub.

Tarix
2019.11.20 / 09:07
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla