Yuxarı

“Space TV” əməkdaşı telekanalı nədən tərk edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Space TV” əməkdaşı telekanalı nədən tərk edib?

"Space TV"də 13 il aparıcılıq etmiş İdris Cəfərov telekanalı tərk edib. "AzVision.az" saytının verdiyi məlumata görə, aparıcının işdən çıxmasına səbəb "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilovayla mübahisə etməsi olub.

Xatırladaq ki, bir müddət əvvəl kanalın digər məşhur aparıcısı, əməkdar artist Əkbər Əlizadə elə canlı yayımdaca kanalı tərk etmişdi. O zaman Əkbər Əlizadənin telekanaldan getməsinə səbəb kimi də Kəmalə Xəlilovayla aralarında olan münaqişə göstərilmişdi.

Məsələni aydınlaşdırmaq üçün "Space" telekanalı ilə əlaqə yaratdıq. Kanalın Kəmalə adlı başqa bir əməkdaşı "Axar.az"a açıqlamasında Kəmalə Xəlilovanın məzuniyyətdə olduğunu bildirdi və İdris Cəfərovun işdən ayrılması barədə söhbətlərin Kəmalə Xəlilovaya aidiyyəti olmadığını bildirdi:

"Yayılan xəbər məntiqsizdir, çünki İdris "Səhər" departamentində işləmirdi. Həm də Kəmalənin məzuniyyətdə olduğunu nəzərə alsaq, İdrislə mübahisəsi də o qədər anlaşılan deyil".

Tarix
2013.10.21 / 12:34
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla