Yuxarı

Başçı müavininin xanımı və sürücüsü öldü: Özü isə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı müavininin xanımı və sürücüsü öldü: Özü isə... - Video

09:29

Tovuz rayon icra başçısının birinci müavini Rəşad Zeynalov ailəsi ilə birgə ağır qəzaya düşüb.

Axar.az xəbər verir ki, qəza Bakının Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, 60 AA 002 dövlət nömrə nişanlı “Hunday Tukson” markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalova və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib.

R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlumatı Tovuz Rayon İcra Hakimiyyətindən də Axar.az-a təsdiqləyiblər.

FHN-nin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Səhiyyə Nazirliyi də Ələt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı məlumat təcili yardıma saat 1:57-də daxil olub. Hadisə yerinə gələn həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İki kişi isə ağır vəziyyətdə KTM-ə çatdırılıb.

Hazırda KTM-in reanimasiya şöbəsində müalicələri davam edir.

***

Tovuz rayonundan verilən məlumata görə, R.Zeynalov xanımının onsuz dəfn edilməməsini istəyib və səhhəti o qədər də yaxşı olmasa da, rayona yola düşüb.

KTM-dən Axar.az-a bildirilib ki, hər iki şəxs – həm R.Zeynalov, həm də oğlu evə buraxılıblar.

***

Tovuz Rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, Əminə Zeynalova Əsrik Cırdaxan, Rövşən Cabbarov isə Abulbəyli kəndində dəfn olunacaq.

***

Ə.Zeynalovanın nəşi yaşadığı Tovuz rayonunun Əsrik Cırdaxan kəndinə gətirilib.

Mərhumun həyat yoldaşı Rəşad Zeynalov da yas mərasimində iştirak edir.

Dəfn bu gün olacaq.

***

Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalovun qəzada dünyasını dəyişən xanımı Əsrik Cırdaxan kənd qəbiristanlığında dəfn olunub. Rəşad Zeynalov da yas mərasiminə qatılıb. Onun aldığı xəsarətin ağır olmasına və sərbəst hərəkət edə bilməməsinə baxmayaraq, dəfndə də olduğu bildirilir.

Tarix
2019.11.25 / 16:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla