Yuxarı

Gürcüstan nömrəli maşınlarla bağlı xəbərdarlıq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan nömrəli maşınlarla bağlı xəbərdarlıq - Video

Cari ilin 10 ayı ərzində respublikamıza 67 minə yaxın nəqliyyat vasitəsi daxil olub. Bu avtomobilləri idarə edən şəxslər tərəfindən isə bu müddət ərzində 200 mindək inzibati xəta törədilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Bəs həmin sürücülər daha çox hansı yol hərəkəti qaydalarını pozurlar?

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, sürücülər ölkəyə gətirdikləri xarici nömrəli avtomobil ilə yollarda necə gəldi hərəkət edirlər. Nə sürət həddini, nə də dayanma-durma qaydalarının tələblərini yerinə yetirirlər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlının bildirdiyinə görə, bu cür sürücülərin ən çox yol verdiyi qayda pozuntusu sürət həddinin aşılması ilə bağlıdır. Hətta bəzi şəxslər var ki, Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olur. Bununla bağlı sahibkarlar Yol Polisinə müraciət edərək qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul şəxslərin onların gəlirlərinin azalmasına səbəb olduğunu bildiriblər.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib, xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək, tez-tez ciddi qayda pozuntularına yol verirlər.

Cari ilin 10 ayı ərzində respublikamıza 67 minə yaxın nəqliyyat vasitəsi daxil olub ki, onların cəmi 11 mini uzunmüddətli, qalanı isə qısamüddətli səfərlər təşkil edib. Bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 minədək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.

Tarix
2019.12.01 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər

1992-ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... – Səfir

Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar

Sabiq nazir efirdə bunu deyib kövrəldi, gözləri doldu - Video

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

Əliyevin bəyanatı bizim üçün gözlənilməz oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla