Yuxarı

Müsəlman şərqində bunu ilk dəfə Tağıyev etmişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lider Qadınlar” İctimai Birliyinin “Qadın haqları Milli Dəyərlər və Milli Prioritetlər kontekstində” layihəsi çərçivəsində Azərbaycanda qadın hüquqları mövzusunda ümumrepublika inşa müsabiqəsi layihəsinin açılış mərasimi baş tutub.

Axar.az xəbər verir ki, tədbirdə layihəyə dəstək verən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-nin Azərbaycan Nümayəndəliyinin rəsmiləri və media nümayəndələri iştirak edib.

“Lider Qadınlar” İctimai Birliyinin rəhbəri, deputat Məlahət İbrahimqızı tədbiri açıq elan edərək layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib və bildirib ki, 2019 və 2020-ci illər beynəlxalq ictiamiyyət tərəfindən dünya qadın hərəkatında, xüsusilə, qadın hüquqları, ana sağlamlığı, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın ləğv olunmasına dair BMT-nin qəbul etdiyi hüquqi sənədlərin qəbulu və əlamətdar tarixi tədbirlərin keçirilməsinin yubiley illəridir.

“Belə ki, BMT-nin 1979-cu ildə Qəbul etdiyi CEDAW (Qadınlara qarşı hər cür ayrıseçkiliyin ləğv olunması) konvensiyasının 40, Qadınların IV Beynəlxalq Pekin Konfransının 25-ci ildönümü qeyd olunur. Eyni zamanda, 2020-ci il BMT tərəfindən müəyyən edilmiş və dünya ölkələrinin birlikdə can atdığı Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul edilməsinin 5-ci ildönümünə təsadüf edir. Bütün bu əlamətdar hadisələrin ildönümlərinin qeyd edilməsi və ötən dövrdə əldə edilmiş nailiyyət və qarşıda duran çağırışlara nəzər salınması məqsədilə dünyanın ayrı-ayrı ölkələrində yerli, regional və beynəlxalq səviyyəli müxtəlif təbliğ və fəaliyyətlər həyata keçirilir.

“Lider Qadınlar” Birliyi bu məqsədlə respublika üzrə tam orta məktəblərin 10 və 11-ci sinif şagirdləri arasında qadın hüquqları mövzusunda inşa-yazı müsabiqəsi keçirməyə təşəbbüs göstərdi. Pekin konfransı dünya qadın hərəkatında, qadınların ürəyində həmişəlik iz salıb. Bu təşəbbüsün 2020-ci ilin Beynəlxalq Qadınlar Günü ərəfəsində BMT-nin Nyu Yorkdakı Baş qərargahında 25 illik yubileyi qeyd ediləcək. 25 il ərzində bu hərəkatda iştirak edən ölkələr gördükləri işlərin hesabatını verəcək. 1995-ci ildən Azərbaycan qadınları misilsiz nailiyyətlər əldə edib”.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova dövlət qurumları ilə beynəlxalq və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətindən məmnunluğunu dilə gətirib:

“Qadın məsələlərinə dair danışanda cəmiyyətdə böyük problemlərlə rastlaşırdıq. Çox insan bizi dərk etmirdi. Buna baxmayaraq, bu məsələlərə ürəklə yanaşırdıq. Çünki ulu öndər qadın problemlərinə diqqət göstərirdi. Hələ Pekin konfransından əvvəl Azərbaycanda qadın siyasətinin güclənməsi ilə bağlı bir çox addımlar atılmışdı”.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva öz çıxışında bildirib ki, layihədə iştirak edən qurumların cəmiyyətin və qadınların formalaşmasında məxsusi yeri var:

“İlk dəfə müsəlman şərqində Hacı Zeynalabdin Tağıyev tərəfindən dünyəvi qızlar məktəbi məhz Azərbaycanda yaradılmışdı. 1897-ci ildə açılan bu məktəb üçün həm maddi, həm mənəvi dəstək verilmişdi. Tağıyev məktəbin açılışında qeyd etmişdi ki, bir kişi təhsil alarkən bir insan, bir qadın təhsil alarkən bir ailə və bir nəslin rihafının yaxşılaşmasına xidmət edir. Bu sözlər sanki müasir dövr üçün deyilib. Bu gün sevindirici haldır ki, qadınlarımız cəmiyyətdə mühüm yer tutur. Ölkəmizin bütün idarəetmə, siyasi sahələrində fəaliyyət göstərirlər”.

Qeyd edək ki, layihənin məqsədi ötən illər ərzində Azərbaycanın qoşulmuş olduğu beynəlxalq öhdəliklər və Azərbaycanda qadın hüquqları sahəsində formalaşmış dövlət qadın siyasəti sahəsində görülən işləri uğurla təbliğ, təşviq və monitorinq etməklə, qarşıdakı vəzifələri və boşluqları müəyyənləşdirməkdir.

Tarix
2019.12.03 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarənin qəzaya uğramasının səbəbi... - Bozumbayev

Yaralılar nazirə qəzanın necə baş verməsindən danışdı - Video

Qazaxıstan XİN Azərbaycana başsağlığı verdi

Qarabağda Azərbaycan bayrağı dalğalanır - Zaxarova

Təyyarə hava məkanımıza bu saatda daxil olub - Nazir müavini

Qəzada ölən Azərbaycan vətəndaşlarının sayı

Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır?

Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına reaksiya

Buna görə Azərbaycana etiraz etməyəcəyik - Bozumbayev

Ölənlərin nəşi və yaralılar nə vaxt ölkəyə gətiriləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla