Yuxarı

Bu, Nəsimi yaradıcılığına uyğun deyil - Anar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Nəsimi yaradıcılığına uyğun deyil - Anar

Nəsimi Azərbaycan ədəbiyyatında müstəsna bir sənətkardır. O, Qazi Bürhanəddin, Yunis Əmrə, “Kitabi-Dədə Qorqud”dan sonra Azərbaycan dilində ən möhtəşəm divan yaratmış bir sənətkardır.

Axar.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən “Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı yazıçı Anar deyib.

“Nəsimi amansız bir dövrdə yaşayırdı və bu zaman insanın böyüklüyünü, əvəzsizliyini təbliğ edirdi, insanın dünyanın əşrəfi olduğu fikrini irəli sürürdü. Sovet dövründə də Nəsimi unudulmadı. Ulu öndərin təşəbüsü ilə Nəsiminin 600 illiyi keçiriləndə Bakıda heykəli qoyuldu, kitabları nəşr olundu. Amma təbii ki, sovet dövründə onu daha çox ateist kimi təbliğ etmək istəyirdilər. Bu isə Nəsimin yaradıcılığı ilə o qədər də uyğun deyildi. Nəsimi deyirdi ki, mən haşimiyəm, qüreyşiyəm, seyidəm, Həzrəti Məhəmməd tayfasındanam. Ona görə də onu dinsiz elan etmək düzgün deyildi. Amma buna baxmayaraq, Nəsiminin yaradıcılığında insanın tərənnüm olunması onu dünyanın böyük humanist yazarları ilə bir sıraya çıxarır. Hörmətli Prezident İlham Əliyevin sərəcamı ilə qeyd olunan bu il təkcə “Nəsimi ili” deyil, həm də bir növ, ədəbiyyat ilidir", - Anar bildirib.

Tarix
2019.12.05 / 12:54
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla